İQTİSADİYYAT


Kənd təsərrüfatı texnikasının istehsalı, idxalı və satışı hansı hallarda vergidən azaddır?

Bakı, 27 aprel, AZƏRTAC

Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azaddır.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, eyni zamanda, Vergi Məcəlləsində kənd təsərrüfatı təyinatlı qurğuların quraşdırılması xidmətlərinin ƏDV-dən azad olması nəzərdə tutulmayıb. Buna əsasən, ƏDV ödəyicisi tərəfindən göstərilən quraşdırma xidmətlərinin tam dəyərinə (quraşdırma ilə bağlı çəkilən xərclər daxil olmaqla) 18 faiz dərəcə ilə ƏDV tətbiq olunur.

Bununla yanaşı, bilavasitə kənd təsərrüfatı təyinatlı qurğuların quraşdırılması həmin malların satıcıları tərəfindən həyata keçirildikdə, bu zaman quraşdırma xidmətlərinin dəyəri satılan malların dəyərinə aid edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.