CƏMİYYƏT


“Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”na seçim aparılır

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılan "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”na “Kənd təsərrüfatı” mövzusunda ilkin seçimlərə başlanılıb.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, seçimlərdə “Kənd təsərrüfatı” texnologiyaları üzrə startaplar iştirak edə bilərlər.

Seçimlərdə iştirak edəcək komanda ən azı 2 nəfərdən ibarət olmalı, üzvlərindən ən azı 1–i akselerasiya proqramında daimi iştirak etməlidir. Akselerasiyada daimi iştirak edəcək komanda üzvi ingilis dili bilməlidir. Qalan komanda üzvlərinin ingilis dilini bilməsi üstünlük hesab ediləcək. Komandalar tərəfindən təqdim olunan məhsul və ya xidmət aydın şəkildə təsvir edilməlidir. Məhsulun prototipi təqdim olunmalıdır. Həmçinin məhsulun müəyyən bazar seqmentinə uyğunluğu gözlənilməlidir. Qısa formada biznes plan təqdim olunmalıdır.

Seçimlər zamanı kənd təsərrüfatı ixtisasında kvalifikasiya və ya kənd təsərrüfatı sahəsində təcrübə üstünlük hesab ediləcək. Müvafiq sahə üzrə təqdim olunan biznesin fəaliyyətə başlamasından təxminən bir il keçməlidir. Komandalar ixrac bazarını araşdırmalı və yeni bazarlara daxil olmaq üçün hazırlıqlı olmalıdırlar. Təqdim olunan layihələr ixrac bazarlarını təmin edən və genişləndirən, eləcə də əlavə dəyərli məhsulları və ya xidmətləri gücləndirən istiqamətdə olmalıdır.

Qeyd edək ki, “INNOLAND” Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. “INNOLAND” Kovörkinq, İnkubasiya, Akselerasiya və İnformasiya Texnologiyaları Təlim-Tədris Mərkəzindən ibarətdir.

Mərkəzə müraciət üçün link: [email protected] 

Xatırladaq ki, yanvarın 8-dən etibarən reallaşdırılan “Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı” Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılıb. Yanvarın 5-dən 20-dək proqrama qəbul elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.