ELM VƏ TƏHSİL


“Kənd təsərrüfatının dayanıqlı inkişafında institusional innovasiyaların rolu: Çin nümunəsi” mövzusunda təlim

Bakı, 22 sentyabr, AZƏRTAC

“Hökumətlərarası təqaüd proqramları” (HTP) məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda, onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlər davam edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 24-də saat 18:00-da keçiriləcək növbəti təlim “Kənd təsərrüfatının dayanıqlı inkişafında institusional innovasiyaların rolu: Çin nümunəsi” mövzusuna həsr edilib.

Təlimçi HTP çərçivəsində Çində kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili almış Nadir Nadirlidir.

Təlimdə iştirak etmək üçün nazirliyin saytında yerləşdirilmiş link vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.