REGİONLAR
Kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz artıb
Bakı, 12 avqust, AZƏRTAC
Cari il avqust ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 2 milyon 852,8 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz az dənli və dənli paxlalı bitkilər, 677 min ton (4,1 faiz çox) kartof, 1 milyon 194,4 min ton (0,9 faiz çox) tərəvəz, 388,7 min ton (1,8 faiz çox) bostan məhsulları, 308,9 min ton (5,7 faiz çox) meyvə və giləmeyvə, 7,8 min ton (0,7 faiz çox) üzüm, 621,3 ton (21,9 faiz az) yaşıl çay yarpağı, 2,9 min ton (0,1 faiz çox) günəbaxan və 1,7 min ton (36,3 faiz az) tütün yığılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,7 faiz, bitkiçilik məhsulları istehsalı 3,4 faiz artıb.