REGİONLAR


Kənd təsərrüfatının ümumi məhsulunun istehsalında 3,9 faiz artım olub

Bakı, 18 may, AZƏRTAC 

Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin ilk 4 ayında kənd təsərrüfatının ümumi məhsulu 3,9 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 22,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin əvvəlindən mayın 1-dək 40,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox kartof, 91,6 min ton və ya 3 faiz çox tərəvəz toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.