İDMAN


“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tərtərdə icra olunub

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tərtərdə icra olunub

Bakı, 30 noyabr, AZƏRTAC

AFFA-nın, Tərtər Rayon İcra Hakimiyyətinin və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, deputat Sabir Hacıyev iştirak ediblər.

Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbliyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Bu layihə Prezident İlham Əliyevin 2019-cu ildə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.