REGİONLAR
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Yevlaxda keçirilib
Yevlax, 7 sentyabr, AZƏRTAC
AFFA-nın və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. Bu layihə Prezident İlham Əliyevin ötən il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində təşkil edilən tədbirdə rayonun Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərindən 50 məktəbliyə futbola marağın artırılması məqsədilə idman geyimləri və toplar verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatları İlham Məmmədov, Sabir Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.