İDMAN


“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Kürdəmirdə keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

AFFA-nın və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin dekabrında Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Layihə çərçivəsində Kürdəmir rayonunda 50 məktəbliyə futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputatlar Arzu Nağıyev, Əminə Ağazadə, Kürdəmir Rayon İcra Hakimiyyətinin, rayon Gənclər İdman İdarəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Xatırladaq ki, 2021-ci il ərzində qeyd olunan layihə üzrə Gəncə, Fizuli, Tərtər, Bərdə, Oğuz, Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz və Gədəbəy rayonunun kəndlərində tədbirlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.