REGİONLAR


Kəngərli rayonunda Milli Musiqi Günü münasibətilə konsert proqramı

Kəngərli, 11 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri Qarabağlar Türbə Kompleksi qarşısında 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il yanvarın 10-da imzaladığı Sərəncam ilə yaradılan musiqi kollektivi haqqında ətraflı məlumat verilib.

Konsertdə Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin solisti, Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərovun və Tural Nəcəfovun ifa etdikləri mahnılar alqışlarla qarşılanıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Azər Cəfərli və Elçin Nağıyevin ifalarında Azərbaycan bəstəkarlarının populyar estrada mahnıları səsləndirilib.

Kollektivin tanınmış solistlərindən Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərov və Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli, Elçin Nağıyev və başqalarının ifasında estrada mahnıları ilə bərabər, Azərbaycan və dünya musiqisinin görkəmli bəstəkarlarının marş, vals, caz, tanqo, rəqs musiqi janrlarında yazdığı melodiyalar da səsləndirilib.

Konsertə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədov və Elvin Əliyarov dirijorluq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.