REGİONLAR


Kəngərli rayonunda yeni Rabitə Evinin inşası davam etdirilir

Kəngərli, 3 iyul, AZƏRTAC

Bu ilin mart ayından başlayaraq muxtar respublikanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində Rabitə Evi üçün yeni bina inşa olunur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Rabitə Evi zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada əhaliyə rabitə xidməti ilə yanaşı, poçt xidmətləri də göstəriləcək. Rabitə Evində iş otaqları, server, “Naxtel” müştəri xidmətləri bölməsi, xidmət zalı, növbətçi otağı, bağlamalar və qəzet-jurnallar üçün 2 otaq, arxiv, iclas zalı, avtomat telefon stansiyası, bufet və qazanxana nəzərdə tutulub.

Yeni inzibati binanın inşası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları tərəfində həyata keçirilir.

Qeyd edək ki, indiyədək binanın tikintisində əsas işlər başa çatdırılıb. İnşaat işlərində keyfiyyət amilinə ciddi önəm verilir, əsasən yerli materiallardan istifadə olunur, texniki təhlükəsizliyə diqqət yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.