REGİONLAR


Kəngərli rayonundakı meyvə bağına calaq olunmuş püstə fidanları əkilib

Kəngərli, 14 fevral, AZƏRTAC

Muxtar respublikada əkinçilik üçün yararlı olmayan torpaq sahələrində meliorativ tədbirlərin görülməsi və yeni meyvə bağlarının salınması diqqətdə saxlanılır. Görülən işlərin davamı olaraq Kəngərli rayonundakı püstə bağına 500 calaq olunmuş püstə fidanı əkilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Türkiyə Respublikasından 500 ədəd yüksək məhsuldarlıqlı calaqüstü gətirilərək püstə tinglərinə calaq edilib. Ərazinin 6 hektar sahəsində 1100 dibçəkdə yetişdirilmiş püstə fidanı, 4 hektarında isə 2 kiloqram püstə toxumları ilə bərpa işləri aparılıb.

Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi muxtar respublikada meyvə bağlarının genişlənməsinə, əhalinin keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təminatına imkan verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.