DÜNYA


Keniyada avtobusun körpüdən çaya düşməsi nəticəsində 20 nəfər həlak olub

Bakı, 4 dekabr, AZƏRTAC

Keniyada su basmış körpüdən keçməyə cəhd göstərən avtobusun çaya düşməsi nəticəsində azı 20 nəfər həlak olub.

AZƏRTAC yerli The Star qəzetinə istinadla xəbər verir ki, avtobusda toya gedən adamlar olub. Qəzetin öz portalında yerləşdirdiyi videoda avtobusun Enziu çayı üzərindəki su basmış körpüdən keçməyə cəhd göstərdiyi görünür. Körpünün qurtaracağında avtobus gözlənilmədən yoldan sürüşərək yanı üstə çaya düşür və suyun dərinliyinə batır.

Güclü axın hadisə yerində aparılan xilasetmə əməliyyatlarına mane olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.