ELM VƏ TƏHSİL
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi oflayn formatda təşkil ediləcək
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin (KBRM) oflayn formatda cari ilin payız aylarında keçirilməsinə dair qərar qəbul edilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, pandemiya səbəbi ilə birillik fasilədən sonra ölkəmizdə üçüncü dəfə reallaşacaq müsabiqə ARTİ-nin təşkilatçılığı və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqədə iştirak edən hər bir şagird sertifikatla təltif olunacaq. Müsabiqənin keçiriləcəyi tarix, qeydiyyat, iştirak haqqı və s. məsələlər haqqında ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]