DÜNYA


Kentukki ştatında daşqınlar 19 nəfərin həyatına son qoyub VİDEO

Bakı, 30 iyul, AZƏRTAC

ABŞ-ın Kentukki ştatında leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində altısı uşaq olmaqla, azı 19 nəfər ölüb, daha 294 nəfər xilas edilib.

AZƏRTAC NBC News telekanalına istinadla xəbər verir ki, ştatın 23 mindən çox sakini elektriksiz qalıb, bəzi dairələrin içməli su təminatı kəsilib. Bundan əlavə, ştat ərazisindən keçən 30-a yaxın avtomobil yolu bağlanıb.

Daşqınların ölkənin şərqində 3 milyon insana təsir edəcəyi gözlənilir. Sinoptiklər güclü yağışların həftəsonu da davam edəcəyini proqnozlaşdırırlar.

ABŞ Prezidenti Cozef Bayden Kentukki ştatında baş verən təbii fəlakətlə bağlı bəyanat yayıb və zərər çəkən ərazilərə federal yardım göndərilməsini tapşırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.