İDMAN


“Kəpəz” klubu doğma meydanda “Səbail”ə minimal hesabla qalib gəlib

“Kəpəz” klubu doğma meydanda “Səbail”ə minimal hesabla qalib gəlib

Bakı, 1 aprel, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ilk matçı Gəncədə oynanılıb. “Kəpəz” klubu “Səbail”i qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Kəpəz” klubu minimal hesablı qələbə qazanıb – 1:0. Matçda yeganə qolu Abdullahi Şuaybu vurub.

Hesabındakı xalların sayını 25-ə çatdıran “Kəpəz” komandası turnir cədvəlində yeddinci yerə yüksəlib. Bakı klubu isə 18 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.

Günün digər matçında “Neftçi” klubu “Zirə”nin qonağı olacaq. Hesabında 56 xal olan “Neftçi” turnir cədvəlində üçüncü, “Zirə” isə 37 xalla dördüncü pillədə yer alıblar.

Zirə İdman Kompleksində keçiriləcək matç saat 19:30-da başlayacaq. Oyunu Nicat İsmayıllı idarə edəcək.

Qeyd edək ki, turun açılış oyununda “Sumqayıt” səfərdə “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib. Tura aprelin 2-də keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.