DÜNYA
Kəraçi meri təyyarə qəzasında sağ qalanların olmadığını bildirib
Bakı, 22 may, AZƏRTAC
Kəraçi şəhəri yaxınlığında baş verən təyyarə qəzasında sağ qalan olmayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Kəraçi şəhərinin meri Vasim Axtar bildirib. Müxtəlif mənbələrin yaydığı məlumatlara görə, təyyarənin göyərtəsində 100-ə yaxın sərnişin və heyət üzvü olub.
Pakistan Beynəlxalq Hava Yollarına məxsus “Airbus 320” tipli təyyarəsi Kəraçi aeroportuna eniş zamanı qəzaya uğrayaraq yaşayış binalarının üzərinə düşüb. Yerdə ölənlərin olub-olmadığı hələlik məlum deyil. Hazırda qəza yerində hərbçilər və xilasedicilər işləyirlər.
“Çox güman ki, sağ qalan yoxdur”, - “Reuters” agentliyi merin bu sözlərini sitat gətirib. O, həmçinin qeyd edib ki, bu informasiyanın hələ dəqiqləşdirilməsi tələb olunur.
Yerli “Doon” qəzeti isə qəza nəticəsində sağ qalanların olduğu barədə məlumat yayıb.