DÜNYA
Keramika üçün ilk dördölçülü çap texnologiyası hazırlanıb
Bakı, 20 avqust, AZƏRTAC
Honq-Konq Universitetinin tədqiqatçılar qrupu çapdan sonra mürəkkəb formalar alan dünyanın ilk dördölçülü keramika çap texnologiyasını hazırlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, keramika yüksək ərimə temperaturuna malik olduğuna görə onun istehsalı üçün adi lazer çapından istifadə etmək çətinlik törədir.
Üçölçülü keramika hazırlıqlarının formasını dəyişdirmək praktik olaraq qeyri-mümkündür ki, bu da mürəkkəb formalı çap keramikasının istehsalına mane olur. Bu problemlərin aradan qaldırılması üçün Çin alimləri polimer oksid prekursorları və ya polimer, keramika nanohissəciklərinin qatışığını təşkil edən “keramik mürəkkəb” hazırlayıblar. Mürəkkəbdən yaradılmış üçölçülü çap keramika detalları yumşaq alınır və uzadıla bilir. Bu elastik hazırlıqlardan oriqami prinsipi üzrə əmələ gələn mürəkkəb formalar yaratmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [15:27]
HONOR Magic6 Pro İstanbulda təqdim olunub
- 18.04.2024 [14:53]
Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib
- 18.04.2024 [14:47]
Annalena Berbok: İranı təcrid etmək lazımdır
- 18.04.2024 [14:41]
Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb
- 18.04.2024 [14:13]
Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək
- 18.04.2024 [13:49]
Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır
- 18.04.2024 [13:44]
Britaniyalı deputat haqqında araşdırma başlayıb
- 18.04.2024 [13:39]
Fransada insan hüquqları açıq şəkildə tapdalanır
- 18.04.2024 [13:16]