CƏMİYYƏT


Kerç boğazında Türkiyə şirkətinə məxsus yük gəmisi qəzaya uğrayıb

Gəminin heyət üzvlərindən birinin Azərbaycan vətəndaşı olduğu bildirilir

Moskva, 10 oktyabr, AZƏRTAC

Türkiyə şirkətinə məxsus və Taqo bayrağı altında üzən “Nila” yük gəmisi Kerç boğazının girişində qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, gəminin 10 nəfər heyətindən birinin Azərbaycan vətəndaşı olduğu bildirilir.

Göyərtəsində daş kömür olan gəmi Türkiyənin “Azov” limanından çıxıb. Kerç boğazına yaxınlaşanda gəmi kapitanı göyərtəyə su dolması barədə məlumat verib. Gəmi heyətindən on nəfər Ukrayna və bir nəfər Azərbaycan vətəndaşıdır. Bütün heyət təxliyə olunub, gəmiyə su dolması tam dayandırılıb. Gəminin batma ehtimalı yoxdur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.