DÜNYA


Kerç boğazında yanğına məruz qalan gəmilərdə 16 Türkiyə vətəndaşı olub

Ankara, 23 yanvar, AZƏRTAC 

Kerç boğazında yanvarın 21-də yanğına məruz qalan Tanzaniya bayrağı altında üzən iki gəmidə 16 Türkiyə vətəndaşı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, gəmilərdəki türkiyəli ekipaj üzvlərindən 8-i xilas edilib, 4-nün meyiti tapılıb, 4 nəfər isə itkin düşüb. Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.