İDMAN


Kərim Benzema mayda ikinci mükafatını qazanıb VİDEO

Bakı, 20 may, AZƏRTAC

İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Kərim Benzema mayda ikinci mükafatını qazanıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, daha əvvəl 31 yaşlı fransalı hücumçu aprel ayının ən yaxşı futbolçusu seçilmişdi. Bu dəfə Benzema Fransa Milli Peşəkar Futbolçular Birliyi tərəfindən cari mövsümdə xarici klublarda forma geyinən ən yaxşı fransalı futbolçu olub.

Qeyd edək ki, Benzema cari mövsümdə Madrid təmsilçisinin heyətində keçirdiyi 53 oyunda 30 qol vurub və 7 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.