SİYASƏT


Kərim Məcri: Gənc müsəlmanlar media sahəsində daha aktiv olmalıdırlar

Kərim Məcri: Gənc müsəlmanlar media sahəsində daha aktiv olmalıdırlar

Bakı, 16 AZƏRTAC

İslamofobiyaya qarşı mübarizədə müxtəlif ölkələrdə daha çox qabaqlayıcı tədbirlər görmək lazımdır. Bu, daha səmərəli yanaşma hesab olunur. İnsanların inancları başqalarının inancları ilə müqayisədə aşağılanmamalıdır. Ona hörmətlə yanaşılmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qətərdən olan Baş araşdırma mütəxəssisi Kərim Məcri “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “İslamofobiya və mediada nifrət çağırışları” adlı aralıq sessiyada çıxışı zaman deyib.

“Düşünürəm ki, gənc müsəlmanlara daha çox dəstək vermək lazımdır. Onlar media sahəsində daha aktiv olmalıdırlar. Müsəlmanlar hazırkı günümüzdə bir çox ölkədə yaxşı vəzifələr tutmağa başlayıblar. Etik jurnalist düzgün və dürüst reportaj hazırlamalıdır. Jurnalistlər məlumatı araşdırmalı, dəqiqliyə əmin olmalıdırlar. Media nümayəndələri savadsızlıq nümayiş etdirməməlidirlər. Yaydıqları məlumatların nə kimi nəticələr verəcəyini öncədən müəyyənləşdirə bilməlidirlər. Jurnalistlər öz xidmətinin məsuliyyətini başa düşməlidirlər”, - deyə Kərim Məcri diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.