MƏDƏNİYYƏT


Kərim Tahirov: Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü vətənimiz üçün dəyərli bir işdir

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan təbiətinin qorunması üçün bütün imkanlardan istifadə etmiş, Vətənimizin yaşıllıqlara bürünməsi istiqamətində xeyli iş görmüşdür. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində ölkəmizdə meşə zolaqları genişləndirilmiş, yeni-yeni parkların salınması diqqətdə saxlanılmışdır. Bu siyasətin bu gün də Azərbaycanda davamlı şəkildə həyata keçirilməsi bizi sevindirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü vətənimiz üçün dəyərli bir işdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi, professor Kərim Tahirov deyib.

Ağac əkməyin atmosferin çirklənməsinin qarşısını almaq üçün gözəl bir təşəbbüs olduğunu söyləyən K.Tahirov bildirib ki, ağac həyatın və sağlamlığın təbii sipəridir. Canlı həyat üçün zəruri olan havanın təmizlənməsi, yağış yağması, iqlimin tənzimlənməsi, digər bütün canlı və bitkilərin qidalanması, böyüməsi ağacdan asılıdır.

Təbiət bizim sərvətimiz, var-dövlətimiz, insan həyatının bir hissəsidir. Biz onu qorumalı, inkişaf etdirməliyik. Son dövrlərdə ölkəmizdə yaşıllığa verilən diqqət, parkların salınması, ağacların əkilməsi təqdirəlayiqdir.

Milli Kitabxananın direktoru deyib: “Bu gün biz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi təşəbbüsünə hamılıqla qoşulmalıyıq. Əminəm ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü dəstəkləyir və aksiyada fəal iştirak edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.