MƏDƏNİYYƏT


Kərim Tahirov: Hüseyn İbrahimov Azərbaycan ədəbiyyatının klassikinə çevrilmiş bir nümayəndədir

Bakı, 10 oktyabr, AZƏRTAC

Xalq yazıçısı Hüseyn İbrahimov Azərbaycan ədəbiyyatının klassiklərindən biridir. Onun yaradıcılığı fərqli düşüncəyə malikdir.

Bu sözləri M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş konsertdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov AZƏRTAC-a müsahibəsində deyib.

“Hüseyn İbrahimov, eyni zamanda ictimai xadim kimi yetişib. Azərbaycanın mədəniyyəti sahəsində xüsusi xidmətləri olub. O, Naxçıvanın mədəniyyət naziri vəzifəsində çalışıb, ədəbiyyat sahəsində öndə gedənlərdən biri olub. Hüseyn İbrahimovun hər bir əsəri Azərbaycan ədəbiyyatının mühüm dövrünü əks etdirir. Zaman keçsə, nəsillər dəyişsə də onun əsərləri yaşlı və gənc nəslin nümayəndələrinin masaüstü kitabı olaraq qalacaq”, - deyə K.Tahirov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.