REGİONLAR


Kəşfiyyatçı qazi: bizə döyüşmək, ermənilərə isə qaçmaq yaraşır VİDEO

Sabirabad, 28 noyabr, AZƏRTAC

Zəfər yürüşündə düşmənə ağır zərbələr endirən kəşfiyyatçılarımız sözün əsl mənasında igidlik göstəriblər. Bu qəhrəmanlarımızdan biri də kəşfiyyatçı qazimiz Cavid Tarıverdiyevdir. İyirmidən çox post və yüksəkliklərin ələ keçirilməsində iştirak edən 20 yaşlı qazimiz xeyli düşmən qüvvəsinin məhv edilməsində igidliyi ilə seçilib.

AZƏRTAC xəbər verir ki, kəşfiyyatçımız Sabirabad rayonunun Əliləmbəyli kəndində doğulub boya-başa çatıb. Hərbi xidmətdə kəşfiyyatçı olaraq xidmətini yerinə yetirən Cavid daha sonra kəşfiyyat taborunda müddətdən artıq xidmət göstərməyə başlayıb.

Döyüş yolu Murov istiqamətindən başlayan kəşfiyyatçımız deyib: “Döyüş əmri gələndə sevincimin həddi-hüdudu yox idi. Çünki Vətəni düşmən tapdağından azad etməyə yollanırdıq. Qələbə inamı ilə düşmənə qarşı hücuma keçdik. İlk olaraq Murov istiqamətində yerləşən üç yüksəkliyi ələ keçirdik və düşmənin xeyli sayda canlı qüvvəsi məhv etdik. Bu yüksəkliklər 2800-3200-3400 metr hündürlükdə olduğu üçün əlverişli mövqe hesab edilirdi. Həmin ərazilər azad etdikdən sonra yeni tapşırıq üzrə döyüşə yollandıq. Tap Qaraqoyunlu istiqamətində uğurlu əməliyyat apardıq. Hədəfimiz Mübarizin qisasını almaq oldu. 25 nəfərlə bu döyüşə girdik, 7 saatdan çox davam edən döyüş zamanı 90-na yaxın ermənini məhv etdik. Sağ qalanlar qaçmağa başladı, çünki onlara qaçmaq, bizə isə döyüşmək yaraşır. Həmin istiqamətdə yüksəkliyi tutduq, 25 km ərazidə 20-dən çox post ələ keçirərək mövqelərimizi gücləndirdik. Bu döyüş zaman mən və 3 döyüşçü yoldaşım yaralandıq, buna baxmayaraq yenidən döyüşlərə qoşulduq. Hədəfimiz Suqovuşan idi, bu ərazidə də uğurlu əməliyyatımız oldu, yüksəkliklər və 2 postu düşməndən təmizlədik və düşmən xeyli itki verdi. Növbə əməliyyatda ağır yaralandım. Döyüşçü yoldaşlarım məni atəş xəttindən çıxararaq hospitala göndərdilər. Qələbə sevincini eşidəndə bütün ağrılarımı unutdum, çünki torpaqlarımız azad olundu və şəhidlərimizin qisası alındı.

Kəşfiyyatçı qazinin atası Füzuli Tarıverdiyev bildirib ki, Cavid və bütün döyüşçülərimizlə fəxr edir. Birinci Qarabağ döyüşünün iştirakçısı olan ata deyib ki, övladlarımız bizim işimizi bu gün tamamlayıb: “Torpaqlarımız yağı düşməndən təmizlənib, şəhidləŕimizin qanı yerdə qalmayıb və biz qalib xalqıq, dövlətik. Bu gün mən və övladlarım yenə də vətən uğrunda canımızdan, qanımızdan keçməyə hazırıq”.

Cavidin müəllimi Rafael Lətifovda da şagirdi ilə fəxr etdiyini bildirərək qürurlu olduğunu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.