CƏMİYYƏT


Kəsilmiş ağacların yerinə yeniləri əkilib

Bakı, 28 iyul, AZƏRTAC

Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 206/208 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı həmin ünvanda gecə saatlarında 4 ağacın kəsildiyi və təbiətə 2640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib. Kəsilmiş ağacların yerinə yeniləri əkilib”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.