Kəskin hava dəyişiklikləri xroniki xəstəliklərin ağırlaşmasına təsir edir
AzerTAg.az

Bakı, 9 dekabr, AZƏRTAC
Kəskin hava dəyişiklikləri xroniki xəstəliklərin artmasına və ağırlaşmasına təsir edir. Belə hava şəraiti yuxarı tənəffüs yolları, obstrüktiv ağciyər, astma kimi xroniki problemlərdən əziyyət çəkənlərdə xəstəliklərinin yenidən və daha ağır formada təkrarlanmasına səbəb olur.
Bunu AZƏRTAC-a müsahibəsində Kliniki Tibbi Mərkəzin terapevti Nuranə Əliyeva deyib.
Onun sözlərinə görə, ağır respirator xəstəliklər hava vasitəsilə yoluxur: “Bu səbəbdən xroniki problemlərdən əziyyət çəkən xəstələr məsuliyyəti hiss edib əhalinin sıx olduğu yerlərdən uzaq durmalı və hətta qripin yüngül formasına yoluxmuş olsalar da maska taxmalıdırlar”.
N.Əliyeva bildirib ki, ümumiyyətlə, qış aylarında insan orqanizmində immun sistemi zəifləyir, D vitamini azalır. Bu kimi hallarda əlavə vitamin dəstəyi vacibdir.
Xəbərin mətnində orfoqrafik səhv var