DÜNYA


Kəskin hava şəraiti Avstriyada iki nəfərin ölümünə səbəb olub

Vyana, 8 yanvar, AZƏRTAC

Bir neçə gündən bəri Alp regionunda davam edən kəskin hava şəraiti səngimək bilmir və qar yağmasının yaxın günlərdə daha da güclənəcəyi proqnozu vəziyyəti daha da gərginləşdirir.

AZƏRTAC Avstriya mətbuatına istinadla xəbər verir ki, dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin artması rəsmi qurumları ən yüksək xəbərdarlıq elan etməyə vadar edib. Zaltsburq və Tirol əyalətlərində bir sıra regional avtomobil və dəmir yolları bağlanıb.

Zaltsburq əyalətində iki nəfərin cəsədi tapılıb. Şindlmaisalm ərazisində qar uçqunu altında qalan 28 yaşlı kişi və onun 23 yaşlı qadın müşayiətçisinin meyiti iki günlük axtarışlardan sonra tapılıb. Xilasedicilər dağlıq ərazidə gəzintiyə çıxanların qısa istirahəti üçün tikilmiş daxmadan donmaq təhlükəsi altında olan 11 nəfər alman turisti vaxtında təxliyə edə biliblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.