İDMAN


“Keşlə” daha 5 futbolçusu ilə yollarını ayırıb

Bakı, 29 iyun, AZƏRTAC

Bakının “Keşlə” klubu daha 5 futbolçusu ilə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi yerli oyunçulardan Əfran İsmayılov, Murad Ağayev və Tural Bayramlı ilə vidalaşıb. “Keşlə” paraqvaylı hücumçu Lorenzo Frutos və argentinalı müdafiəçi Franko Flores ilə müqaviləni yeniləməyib.

Qeyd edək ki, “Keşlə” daha əvvəl Tural Axundov və Şəhriyar Əliyevi heyətinə cəlb edib, Cabir Əmirli, Ruslan Qurbanov və Slavik Alxasov ilə vidalaşıb. Klub Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov, Miyuşko Boyoviç, Con Kamara, Rəşad Əzizli və İlkin Qırtımovla müqaviləni yeniləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.