İDMAN


“Keşlə” klubu Sezar Meza Kollini heyətində saxlamaq istəyir

Bakı, 21 may, AZƏRTAC

Bakının “Keşlə” futbol klubunda icarə əsasında çıxış edən Sezar Meza Kolli komandada qala bilər.

AZƏRTAC xəbər verir ki, müqavilə ilə Rumıniyanın “Krayova Universitatya” komandasına məxsus olan 29 yaşlı hücumameyilli oyunçuya yeni müqavilə də təklif edilib. Onun Rumıniya klubu ilə sözləşmə müddəti gələn ilin yayına qədərdir. “Keşlə” rəhbərliyi də futbolçunun “Universitatya”dan transfer vərəqəsini özünün almasını istəyir.

Karyerasını Azərbaycanda davam etdirmək istəyən futbolçu Azərbaycan vətəndaşlığı almağa hazırlaşır. Məhz bu səbəbdən o mövsümün sonunda Rumıniya təmsilçisi ilə müqaviləsini ləğv etmək üçün danışıqlar aparacaq.

Qeyd edək ki, 2013-cü ildən Azərbaycan çempionatında oynayan Sezar Meza Kolli “Universitatya”da yarım mövsüm çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.