İDMAN


“Keşlə” klubu Topaz Premyer Liqasını qələbə ilə başa vurub

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də futbol üzrə Topaz Premyer Liqasının sonuncu – XXVIII turuna “Səbail”-“Keşlə” oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, “ASCA Arena”da keçirilən oyun autsayderin qələbəsi ilə yekunlaşıb – 4:1.

“Keşlə”nin heyətində Andre Klenno, Edvinas Girdvainis, Samir Məsimov və Conatan Ayite fərqləniblər. “Səbail”in qolunu isə Oke Akpoveta vurub.

Qələbə ilə xallarının sayını 23-ə çatdıran “Keşlə” turnir cədvəlində sonuncu pillədə qurtula bilməyib. “Səbail” isə 41 xalla üçüncü pillədə yer alıb və ölkə çempionatının bürünc medalına sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.