İDMAN


“Keşlə” klubu UEFA Konfrans Liqasında mübarizəsini dayandırıb

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan təmsilçisi “Keşlə” klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, keşləlilər doğma azarkeşlər önündə Rusiyanın "Soçi" komandasını qəbul edib. "ASK Arena" stadionunda baş tutan görüş qonaqların 4:2 hesabı ilə qələbəsi ilə başa çatıb.

Oyunun 21-ci dəqiqəsində rəqibin heyətində Marko Duqandziç hesabı açıb. Matçın 35-ci dəqiqəsində "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib. İlk hissə bu hesabla yekunlaşıb.

Oyunun ikinci hissəsinin əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. Qarşılaşmanın 52-ci dəqiqəsində Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqasında mübarizəsini dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.