İDMAN


“Keşlə” klubu UEFA-ya iştirak ərizəsini təqdim edib

Bakı, 16 iyul, Nicat Məmmədov, AZƏRTAC

Bakının “Keşlə” klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın “Soçi” klubu ilə keçirəcəyi oyunlar üçün UEFA-ya iştirak ərizəsini təqdim edib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisinin açıqladığı siyahıda 22 futbolçuya yer verilib. Onların 3-ü qapıçı, 10-nu müdafiəçi, 7-si yarımmüdafiəçi, 2-si isə hücumçudur.

İştirak ərizəsində qapıçılardan Stanislav Namaşko, Kamal Bayramov, Əkbər Vəliyev, müdafiəçilərdən İlkin Qırtımov, Tərlan Quliyev, Şəhriyar Əliyev, Kərim Diniyev, Tural Axundov, Ruslan Əmircanov, Azər Salahlı, Miyusko Boyoviç, Elçin Mustafayev, Sərcan Omarov, yarımmüdafiəçilərdən Rəhman Hacıyev, Felipe Santos, Tiran Vəlizadə, Merab Giqauri, Omar Qudiyabi, Aldair Neto, Rafael Məhərrəmli, hücumçulardan Amil Yunanov və Samir Abdullayevin adı yer alıb.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 22-də Rusiyada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.