İDMAN


“Keşlə” və “Neftçi” komandaları Antalyada keçirilən yoxlama oyunlarını qələbəsiz başa vurublar

Bakı, 25 yanvar, AZƏRTAC

Bakının “Neftçi” və “Keşlə” komandaları Antalyada sonuncu yoxlama oyunu keçiriblər.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Keşlə” Slovakiyanın “Zemplin” komandası ilə qarşılaşıb. Tərlan Əhmədovun yetirmələri görüşdə 1:1 hesabı ilə heç-heçə ediblər. “Keşlə”nin qolunu 8-ci dəqiqədə yeni transfer Aleksandr Kristavao vurub.

Digər paytaxt təmsilçisi “Neftçi” isə Ukraynanın “Desna” klubu ilə üz-üzə gəlib. “Ağ-qaralar” gərgin keçən matçda 1:2 hesabı ilə uduzub. “Neftçi”nin qolunu 66-cı dəqiqədə Stiven Monroz vurub. “Desna” isə 38 və 45-ci dəqiqələrdə fərqlənib.

Xatırladaq ki, “Neftçi” əvvəlki hər iki yoxlama oyununda məğlub olub. Paytaxt təmsilçisi ilk matçda Polşanın “LSK Lodz” komandasına 0:4, ikinci görüşündə isə Ukraynanın “Dinamo Kiyev” klubuna 1:2 hesabı ilə məğlub olub. “Keşlə” ilk oyunda Almaniyanın aşağı liqa klubu “Zvikau”ya 1:4, ikinci matçda isə Rusiyanın “Arsenal” komandasına 1:2 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.