İDMAN
“Keşlə”nin futbolçusu Vüsal İsgəndərli ölkə çempionatında 100-cü oyununu keçirib
Bakı, 26 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turu Vüsal İsgəndərli üçün yubileylə əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, “Keşlə”nin futbolçusu ölkə çempionatında 100-cü oyununu keçirib. Bu yubiley “Neftçi” ilə ev matçına (0:1) təsadüf edib. Premyer Liqada 2014/2015-ci il mövsümündə debüt edən futbolçu 100 oyunda 11 qol vurub. O, indiyədək “Simurq”da 1, “Zirə”də 59 (6 qol), “Keşlə”də 40 (5 qol) görüşə çıxıb.
Qeyd edək ki, futbolçunun debütü 2015-ci il mayın 28-də keçirilən “Xəzər Lənkəran”–“Simurq” görüşündə (0:0) gerçəkləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]