İDMAN


“Keşlə”nin futbolçusu dörd ölkədən təklif alıb

Bakı, 21 may, AZƏRTAC

“Keşlə” futbol klubunun üzvü, milli komandamızın oyunçusu Ruslan Qurbanov ölkə xaricində oynamaq istəyir.

AZƏRTAC xəbər verir ki, mayın 31-də hazırkı klubu ilə müqaviləsi başa çatacaq hücumçu Qazaxıstan, Rusiya, Belarus və Türkiyə klublarından təklif aldığını bildirib. Hazırda menecerinin həmin klublarla danışıqlar apardığını deyən R.Qurbanov böyük ehtimalla karyerasını ölkəmizdən kənarda davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, R.Qurbanov ötən ildən “Keşlə”nin formasını geyinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.