İDMAN


“Keşlə”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev klubdan ayrılıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakının “Keşlə” futbol klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyev paytaxt klubundan ayrılıb.

AZƏRTAC xəbər verir ki, 30 yaşlı futbolçu artıq özünə yeni komanda da tapıb. C.İmamverdiyevin “Keşlə”dən ayrılmasına səbəb onun zədə səbəbindən mövsümün əvvəlində özünü göstərə bilməməsi olub. Bu üzdən də tərəflər yolları ayırmağa qərar veriblər.

C.İmamverdiyev mövsümün qalan hissəsini “Sumqayıt”da davam etdirəcək. O, bu komandaya icarə əsasında keçib. Yarımmüdafiəçi “kimyaçılar”la mövsümün sonunadək anlaşıb.

Qeyd edək ki, C.İmamverdiyev daha əvvəl “Karvan”, “Neftçi”, “Sumqayıt”, “Sabah” və “Keşlə”də oynayıb. O, Türkiyənin “Elazığspor” klubunda legioner həyatı da yaşayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.