İQTİSADİYYAT


Kestutis Jankauskas: Azərbaycan Avropa İttifaqı üçün ən iri elektron ticarət potensialı olan ölkədir

Bakı, 11 iyul, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Avropa İttifaqı üçün ən iri elektron ticarət potensialı olan ölkədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas "Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycanda böyük perspektivlər var. Azərbaycan Avropa İttifaqı üçün böyük tranzit potensialına malik ölkədir. Burada dəniz, su və dəmir yolları xətləri var. Bu xidmətlər də getdikcə rəqəmsallaşır.

Səfir qeyd edib ki, Avropa İttifaqı bu sahədə öz təcrübəsini Azərbaycana gətirə bilər: Hazırda Avropada əksər xidmətlər onlayndır. Azərbaycan da bu istiqamətdə inkişaf etməlidir. Avropa İttifaqı bu sahədə Azərbaycana dəstək verməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.