SİYASƏT


Kestutis Yankauskas: Avropa İttifaqı inanır ki, bu regionda münaqişələr yox, sülh və əməkdaşlıq görəcək

Bakı, 18 fevral, Səlim Rəhimzadə, AZƏRTAC

Bu gün dünyada bir çox insan Avropa İttifaqını iqtisadi təşkilat kimi görür. Lakin İkinci Dünya müharibəsindən sonra Avropa İttifaqı dünyada sülh təşəbbüslərinə start verdi. Avropa İttifaqı uzunmüddətli sülhün və əməkdaşlığın təmin olunması üçün səylər göstərib. Biz bu təcrübəni paylaşmağa hazırıq və fikirləşirik ki, Azərbaycan Avropa İttifaqının bu təcrübəsindən faydalana bilər.

Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas AZƏRTAC-ın müxbirinin sualına cavabında bildirib.

“Biz inanırıq ki, bu regionda münaqişələr yox, sülh və əməkdaşlıq görəcəyik. İstəyirik ki, region ölkələri arasında qarşılıqlı fəal diplomatik əlaqələr qurulsun, sərhədlər açılsın, nəqliyyat sahəsində əməkdaşlıq edilsin, buradakı icmalar da sülh şəraitində yaşasınlar, - dəyə nümayəndəliyin rəhbəri vurğulayıb.

O qeyd edib ki, ötən illər ərzində Avropa İttifaqı Azərbaycanda bir sıra sahələrdə əməkdaşlıq layihələri icra edib. Əlavə edib ki, bundan sonra da müxtəlif sahələrdə əməkdaşlığa ehtiyac var: “Hesab edirəm ki, regionda bərpa və sülh quruculuğu ilə bağlı çox gözəl təşəbbüs artıq formalaşıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.