SİYASƏT
Kestutis Yankauskas: Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq əlaqələri var
Bakı, 18 fevral, Səlim Rəhimzadə, AZƏRTAC
Azərbaycanda həyata keçirilən layihələrin əsas məqsədi inkişaf naminə Avropanın ən qabaqcıl təcrübələrindən faydalanmaq imkanı yaratmaqdır. Biz əminik ki, birlikdə işləyərək daha güclü oluruq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Diplomat qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq əlaqələri var. Azərbaycan energetika sahəsində Aİ ilə əməkdaşlıq edir və bu işlərin irəli aparılması istiqamətində səylərimiz davam edir.
Kestutis Yankauskas, eyni zamanda, təhsil, kənd təsərrüfatı, qida təhlükəsizliyi, kiçik sahibkarlığın inkişafı, enerji ehtiyatlarından səmərəli istifadə sahələrində reallaşdırılan layihələrdən də bəhs edib.
Yeni istifadəyə verilən veb-sayt barədə məlumat verən səfir bu platforma vasitəsilə həyata keçirilən layihələr barədə ətraflı məlumat əldə etmək imkanının olacağını vurğulayıb.