SİYASƏT


Kestutis Yankauskas: Azərbaycanın yeni formalaşacaq parlamenti ilə də əməkdaşlıq edəcəyik

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycanda parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik.

AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O, Azərbaycanın ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan və Avropa Şurasından seçkiləri izləmək üçün müşahidəçiləri dəvət etməsini müsbət qiymətləndirdiyini bildirərək deyib: “Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın vaxtlarda müşahidə missiyasının digər üzvləri də buraya gələcək. Düşünürəm ki, biz tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişafı üçün Azərbaycanın yeni formalaşacaq parlamenti ilə də əməkdaşlıq edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.