SİYASƏT


Kestutis Yankauskas: Azərbaycanlı jurnalistlərin həlak olması ilə nəticələnən hadisəni kəskin şəkildə pisləyirik

Bakı, 8 iyun, AZƏRTAC

Biz jurnalistlərin ölümünə görə kədərlənir və bununla əlaqədar başsağlığımızı ifadə edirik. Ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə hərbçilər fəaliyyət göstərir və gələcəkdə bu kimi hadisələrin təkrarlanmamasını arzu edirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O qeyd edib ki, Avropa İttifaqı bununla bağlı ayrıca komissiyası yaradacaq və müxtəlif tədbirlər görəcək. “Kimliyindən asılı olmayaraq, insan ölümü faciədir və biz bunun qarşısını almaq üçün əlimizdən gələni etməyə hazırıq. Bu hadisə ilə bağlı bəyanatlarımız olub və bu hadisəni kəskin şəkildə pisləyirik. Biz Ermənistanın dövlət qurumları ilə danışıqlarda da minalarla bağlı məsələni xüsusi vurğulayırıq”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.