ELM VƏ TƏHSİL


Keyfiyyət təminatı üzrə növbəti onlayn təlimlərə start verilib

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsində iştirak edəcək ekspertlər üçün növbəti onlayn təlimlərə start verilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 3 gün davam edəcək təlimlərdə 10 ali təhsil müəssisəsindən və Təhsil İnstitutunun nümayəndələrindən ibarət 15 mütəxəssis iştirak edir. Virtual təlimlərdə yüksək nəticə göstərmiş namizədlər daxili və xarici keyfiyyət təminatı, həmçinin peşəkar ekspert olmaqla 3 səviyyə üzrə sertifikatla təltif olunacaqlar. Yalnız sertifikat əldə edən ekspertlər akkreditasiya komissiyalarının qiymətləndirmə fəaliyyətində iştirak edə biləcək.

Qeyd edək ki, mütəmadi təşkil olunan təlimlərin əsas məqsədi ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin milli və beynəlxalq standartlara cavab verən keyfiyyət göstəriciləri əsasında təşkil edilməsi ilə akkreditasiya proseslərində iştirak edəcək ekspertlərin Keyfiyyətin İdarəedilməsi Sistemi haqqında biliklərini artırmaq, daxili keyfiyyət təminatı və ali təhsil müəssisələrinin idarəedilməsi arasında əlaqələri aydınlaşdırmaq, praktiki tapşırıqlar vasitəsi ilə daxili keyfiyyət təminatının tətbiq olunmasına dair bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.