ELM VƏ TƏHSİL


“Keyfiyyətin təminatı: məktəb idarəetməsi və qiymətləndirmə” mövzusunda müzakirələr aparılıb VİDEO

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunan konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Keyfiyyətin təminatı: məktəb idarəetməsi və qiymətləndirmə” mövzusuna həsr olunan konfransda idarənin müvafiq struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri və KİV-lərin nümayəndələri iştirak ediblər.

Konfransın keçirilməsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəb idarəediciləri və təhsilverənlərin iştirakı ilə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirləri, tədris ilində görülmüş işləri ümumiləşdirmək və nəticələrini müzakirə etməkdir. Həmçinin səmərəli məktəb idarəetmə modelinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirməkdir.

Tədbirdə təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva 2017-2018-ci tədris ilinin yekunları və növbəti dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verib. Şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, onların biliyinin qiymətləndirilməsi, davamiyyət, təlim-tərbiyə prosesinin keyfiyyəti, təhsildə dəyərlər amili, şagirdlərin birinci sinfə qəbulu, məktəbəhazırlıq qruplarının təşkilinin əhəmiyyətindən danışan M.Vəliyeva təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması və digər müvafiq məsələlərə də toxunub.

Sonra sessiyalar üzrə “Məktəbdaxili monitorinqin təşkili və idarə olunması”, “Məktəbdaxili qiymətləndirmə nəticələrindən idarəetmədə istifadə”, “Test tapşırıqları və onları hazırlanmsı”, “Ehtiyat dərsliklərində (ibtidai siniflərdə Azərbaycan dili və riyaziyyat) təlim nəticələrinin qiymətləndirilməsinə yanaşmalar”, “Məktəbdə psixoloji xidmətin təşkili”, “Məktəbin idarə olunmasında sağlam psixoloji mühitin rolu”, “Təhsilverənlərin inkişafının idarə olunması”, “Müasir məktəbin menecmetində sistem yanaşma: sosial psixoloji aspektlər” mövzularında müzakirələr aparılıb, müxtəlif məsələlərlə bağlı təkliflər bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.