REGİONLAR
Keyvəndi kəndində 1500 başlıq müasir heyvandarlıq kompleksi tikilir

İsmayıllı, 2 fevral, Adil Ağayev, AZƏRTAC
İsmayıllı rayonunun Keyvəndi kəndində 1500 başlıq müasir heyvandarlıq kompleksi inşa olunur.
AZƏRTAC xəbər verir ki, “Azza-Aqro” MMC tərəfindən tikilən kompleksdə Avropa ölkələrindən gətiriləcək yüksək məhsuldan cins qaramal bəsləniləcək.
Kompleksin avadanlıqları İsveçrədən gətirilib. Hazırda ərazidə hər biri 400 başlıq tövlələrdən birinin inşası başa çatdırılmaq üzrədir. Burada, həmçinin inzibati bina, işçilər üçün xidməti bina və s. də tikiləcək. Ərazidə heyvandarlıq məhsulları istehsal olunacaq sexlərin də tikintisi nəzərdə tutulub.
Rayonda ən iri müasir heyvandarlıq kompleksinin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.12.2023 [21:33]
Mingəçevir Dövlət Universitetində beynəlxalq konfrans işə başlayıb
- 08.12.2023 [19:14]
Şamaxı və Oğuz sakinləri odlu silahları polisə təhvil veriblər
- 08.12.2023 [17:59]
Naxçıvanda tarixi abidələrin bərpasına peşəkar şirkətlər cəlb olunacaq
- 08.12.2023 [16:49]
Ulu Öndər səhiyyəni cəmiyyətin həyatında ən mühüm sahə kimi qiymətləndirib
- 08.12.2023 [15:48]
GDU-nun tələbələri Göygölün tarixi məkanlarına ekskursiya ediblər
Xəzər dənizində zəlzələ olub
- [22:08]
“Təhsil və zaman” – yeni nəşr
- [17:51]
“Zəfər liqası 2023” sona çatıb
- [17:21]