İQTİSADİYYAT
“Khazar” zavodunun Ukraynaya ixrac edəcəyi avtomobillərin markası açıqlanıb
Tehran, 13 fevral, AZƏRTAC
“Khazar” zavodu “Dena” markalı avtomobilləri Ukraynaya ixrac edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Iran Khodro” şirkətinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Səbinə Nubar deyib. O bildirib ki, bu ildən Neftçaladakı “Khazar” zavodunda istehsal edilən “Dena” markalı avtomobillər Ukraynaya ixrac olunacaq: “Bu avtomobillərə Belarusda da maraq var. İlin sonunadək Belarusda satış mərkəzinin açılması nəzərdə tutulur”.
S.Nubarın sözlərinə görə, “Khazar” zavodunun avtomobilləri keyfiyyətinə və rahatlığına görə Avropa ölkələrində istehsal edilən avtomobillərdən geri qalmır. Keyfiyyət amili bu avtomobillərə marağın artmasına səbəb olub.
Qeyd edək ki, “Azərmaş” ASC İranın “Iran Khodro” şirkəti ilə birgə “Khazar” zavodunda avtomobil istehsal edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]