ELM VƏ TƏHSİL


Kiber-fiziki sistemlərin intellektual analizi problemləri araşdırılır

Bakı, 17 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2021-ci il üzrə yarımillik hesabat iclasları davam edir. Növbəti onlayn iclasda Şakir Mehdiyev rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Ş.Mehdiyev “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi” istiqamətində tədqiqatların 6 ay ərzində davam etdirildiyini diqqətə çatdırıb. “Industry 4.0 platformasında kiber-fiziki sistemlərin analizi və sintezi problemləri” üzrə kiber-fiziki sistemlərin texniki vəziyyətinin monitorinqi və intellektual analizi problemlərinin araşdırıldığını söyləyıb.

Sonra hesabata dair müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev çıxış edərək şöbənin 6 aylıq hesabatı ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirib. Alim şöbədə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin, elmi tədqiqatların nəticəsi kimi məqalələrin hazırlanmasının vacibliyini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.