DÜNYA


Kibercinayətkarlar spam göndərmək üçün "Əşyaların interneti"ndən istifadə edirlər

Bakı, 13 sentyabr, AZƏRTAC

Kibercinayətkarlar spam göndərmək üçün "Əşyaların interneti"ndən istifadə edirlər.

AZƏRTAC xəbər verir ki, "Doktor Veb" şirkətinin araşdırmasına görə, “Linux.ProxyM” adlı zərərverici proqram yoluxmuş qurğuya hər gün təxminən 400 spam göndərir. İdarəedici serverdən yoluxmuş qurğuya SMTP serverin ünvanı, login və parol, elektron poçt ünvanlarının siyahısı və mesaj şablonundan ibarət komanda göndərilir. Göndərilmiş arzuolunmaz məktublarda "böyüklər” üçün müxtəlif saytlar reklam olunur.

“Linux.ProxyM” zərərverici proqramının köməyi ilə hücumlar daha çox Braziliya və ABŞ-da qeydə alınır. İlk üçlükdə Rusiya da yer alıb.

Ekspertlər hesab edirlər ki, “Linux” troyanlar tərəfindən reallaşdırılan funksiyaların müxtəlifliyi gələcəkdə daha da genişlənəcək. "Əşyaların interneti" uzun müddətdir virus yazanların maraq dairəsindədir. “Linux” üçün zərərverici proqramların geniş yayılması buna sübutdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.