ELM VƏ TƏHSİL


Kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün yeni yanaşma təklif olunub

Bakı, 3 noyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusunda keçirdiyi beynəlxalq konfransda məruzə ilə çıxış edib.

Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. “Akustik siqnallara əsaslanan kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün bir yanaşma” mövzusunda məruzəni təqdim edən L.Suxostat öncə kiberfiziki sistemlər haqqında danışıb, onların xarakteristikalarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, kiberfiziki sistemlərdə anomaliyaları aşkarlamaq üçün akustik siqnallardan alınmış spektroqram və skaloqramlarından istifadə etməklə transfer təlimi arxitekturası əsasında işlənilmiş yanaşmanı təqdim edib. Tədqiqatçı qeyd edib ki, belə alqoritmlərin tətbiqi sayəsində yeni nəsil sənaye avadanlığından qeydə alınan siqnallarda anomaliyaların aşkarlanmasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür. O, çıxışı zamanı konfrans iştirakçılarına kiberfiziki sistemlərin kibertəhlükəsizliyi ilə bağlı müəyyən etdiyi açıq elmi-tədqiqat məsələləri barədə də məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.