ELM VƏ TƏHSİL
Kiberfiziki sistemlərə kiberhücumların aşkarlanması üçün dərin hibrid model işlənilib
Bakı, 20 may, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının həmmüəllifliyi ilə çap edilmiş “Kiberfiziki sistemlərə kiberhücumların aşkarlanması üçün hibrid DeepGCL modeli” (Hybrid DeepGCL model for cyber-attacks detection on cyber-physical systems) adlı məqalə nüfuzlu “Neural Computing and Applications” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatdır.
“Web of Science” bazasında indeksləşən jurnal Q1 sinfinə daxildir və impakt faktoru 4.774-ə bərabərdir.