CƏMİYYƏT


“Kibergigiyena layihəsi”nə Naxçıvan Muxtar Respublikasının dövlət qurumları da qoşulub

“Kibergigiyena layihəsi”nə Naxçıvan Muxtar Respublikasının dövlət qurumları da qoşulub

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının mövcud və ya yarana biləcək təhlükələrdən qorunması məqsədilə kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirlərini davam etdirir.

XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin aidiyyəti əməkdaşları “Kibergigiyena layihəsi”nə qoşulublar. Layihənin əsas məqsədi informasiya təhlükəsizliyinə dair biliklərin artırılması və möhkəm kiberimmuna sahib olmaqdır.

“Kibergigiyena layihəsi”ndə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin 34 əməkdaşı iştirak edib. Layihənin icrası çərçivəsində mühəndislərin kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə yanaşmaları və hazırlıqları müəyyən olunub.

Qeyd edək ki, kibergigiyena internetdən təhlükəsiz istifadəni, şəxsi və korporativ məlumatların qorunmasını, riskli sahələrin müəyyən edilməsini, rəqəmsal təhlükəsizlik üzrə baza biliklərinin artırılmasını özündə ehtiva edir. Buraya həm mövcud risk sahələri haqqında məlumatlandırma, həm də bu risklərdən yayınma üsulları aiddir. Bu layihənin yekun hədəfi riskləri düzgün qiymətləndirərək, onlardan qorunmaq üsullarını bilməklə internetdən təhlükəsiz istifadə zamanı yaranan təhlükələrdən effektiv müdafiə olunmaq və bu bilikləri şəxsi gigiyena qaydaları kimi vərdiş halına çevirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.